Beynəlxalq Badminton Federasiyası 8 badmintonçunun oyununu araşdırır

Beynəlxalq Badminton Federasiyası London Olimpiya Oyunlarında iştirak edən 8 badmintonçu ilə bağlı araşdırmaya başlayıb.

Federasiya cüt-cüt yarışan idmançıların yaxşı oyun göstərmədikləri qənaətindədir.

Beynəlxalq Olimpiya Komitəsinin etik kodeksi idmançılardan bütün imkanları ilə çıxış etməyi tələb edir.