London-2012: Elnur Məmmədli mübarizəyə qoşulur

İyulun 31-də 30-cu London Yay Olimpiadasında cüdoçu Elnur Məmmədli mübarizəyə başlayır.

81 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa 1/32 final mərhələsindən başlayır. O, kanadalı Antuan Valua-Forte ilə qarşılaşacaq.

Elnur Məmmədli Pekin Olimpiadasının qalibidir.

Bu gün həmçinin 63 kq çəki dərəcəsində cüdoçu Ramilə Usubova da mübarizəyə qoşulur. O, ilk olaraq Özbəkistan təmsilçisi ilə qarşılaşacaq.