Almaatı polisi 3 silahlının gizləndiyi evi mühasirəyə alıb


Qazaxıstanın Almaatı şəhərində polis silahlı qrupun gizləndiyi evi mühasirəyə alıb. Daxili İşlər Nazirliyi həmin evdə ötən şənbə günü iki polis əməkdaşını güllələyən 3 yaraqlının gizləndiyini bildirir. Polis əməkdaşlarından biri həlak olub, birinin isə vəziyyəti ağırdır.

AzadlıqRadiosunun qazax xidmətinin əməkdaşları bildirirlər ki, evin yaxınlığına yanğınsöndürənlər, təcili yardım maşınları toplaşıb, atışma səsləri gəlir.