Avqustda 41 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqust ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə olacağı gözlənilir.

Naxçıvan MR və Mərkəzi Aran rayonlarında ayrı-ayrı günlərdə temperatur 41 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.