Flippində “Abu Sayyaf” qrupunun banilərindən biri yaxalanıb

Flippinin cənubunda ekstremist “Abu Sayyaf” qrupunun banilərindən biri ələ keçib.

Ustad Ahmadsali Asmad Badron şənbə günü Tavi-Tavi adasında yaxalanıb.

“Abu Sayyaf” qrupu 1990-cı illərdə əl Qaidənin vəsaiti hesabına yaradılıb.

Ölkədə törədilən əksər terror aktlarına görə bu qrup cavabdehlik daşıyır.