Filippində yaraqlılarla sülh danışıqları, həm də atışma gedir

Cümə axşamı Filippinin cənubundakı Basilan adasında 10 əsgəri öldürmüş yaraqlıların axtarışı gedir.

Adaya 600-ə yaxın əsgər atılıb.

“Moro İslam Azadlıq Cəbhəsi” adlanan qrupun 11 min üzvü var.

Hazırda hökumətlə sülh danışıqları aparan qrup hökumət qoşunlarını
təsadüfi toqquşmalardan qaçmağa çağırıb.