Şənbə günü olimpiadada 12 qızıl medal qazanılıb

Dünən 2012-ci il London Yay Olimpiya oyunlarında 12 qızıl medal qazanılıb.

Komanda hesabında 4 qızıl və 2 bürünc medalla Çin irəlidə gedir.

İkinci yerdə 2 qızıl, 2 gümüş və 1 bürünc medalla İtaliya, 3-cü yerdə isə 1 qızıl, 2 gümüş və
2 bürünc medalla ABŞ gəlir.

Sonrakı yerlərdə ümumilikdə medalların sayına görə, Braziliya, Koreya Respublikası, Avstraliya, Qazaxıstan, Rusiya,Yaponiya, Columbiya,Niderland, Polşa, Rumınya, Belçika, Macarıstan, Norveç, Koreya Xalq Demokratik Respublikası, Serbiya və Özbəkistan gəlir.