Bakıda havalar isti keçir

Arxiv foto

İyulun 29-da ölkə ərazisində isti hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsir. 33-38 dərəcə isti var.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə istidir.
Azərbaycanın rayonlarında 34-39 isti var.