Dönərdən zəhərlənmə faktları artmaqdadır

Foto: Arxiv

-
Bakıda bir nəfər dönərdən zəhərlənib.

Bu haqda Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.

İyulun 27-də təcili yardıma qida zəhərlənməsi ilə əlaqədar 2 müraciət daxil olub. Onlardan biri dönərdən, biri isə qarışıq qidadan zəhərlənib. Zəhərlənənlərin hər iksi xəstəxanaya yerləşdirilib.

Bir neçə gün öncə dönərdən 3 nəfər televiziya işçisi də zəhərlənmişdi.