Ensiklopediyanın yeni binasının tikintisinə 5 milyon ayrıldı

-
Prezident iyulun 25-də Milli Ensiklopediya Mərkəzinin yeni binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Sərəncamda pulun ayrılması Maliyyə Nazirliyinə, aidiyyəti üzrə xərclənməsinə nəzarət isə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə tapşırılır.