Şimali Koreya lideri evləndi


Şimali Koreyanın dövlət televiziyası iyulun 25-də ölkənin yeni lideri Kim Jong-Un`un evləndiyini təsdiq edib. Dövlət televiziyası yeni birinci xanımın Ri Sol-Ju olduğunu bildirir.

Telekanal Pxenyanda bir parkın açılışından verdiyi xəbərində Ri Sol-Ju`nu dövlət başçısının arvadı kimi təqdim edib.

Təxminən 30-a yaxın yaşı olan Kim Jong-Un keçən ilin dekabrında atası vəfat edəndən sonra bu nüvə dövlətində hakimiyyət başına keçib.