Bakıda neft gölməçəsi yanır

-
Bakının Fəhlə prospektində yerləşən ərazidə yanğın başlayıb.

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə «Luna Park»ın yaxınlığındakı neft gölməçəsində qeydə alınıb.

Yanğın ilk olaraq ərazidə olan quru ot sahəsindən meydana gəlib.

Hazırda yanğınsöndürmə briqadaları yanğının qarşısının alınması istiqamətində tədbirlər görürlər.