Yunanıstanda iqtisadi vgəziyyət daha da pisləşəcək

Bu il Yunanıstanda iqtisadi vəziyyət xeyli pisləşəcək.

Ölkənin baş naziri Antonis Samarasın sözlərinə görə, ölkədə 7 faiz iqtisadi geriləmə gözlənilir.

Yunanıstanın Mərkəzi Bankı bundan əvvəl bunun 4,5 faiz olacağını bəyan eləmişdi.

Beynəlxalq reytinq agentliyi olan Moodys çərşənbə günü bəyan edib ki, avrozonadakı iqtisadi böhrana görə, Avropada ən sabit ölkələr hesab olunan Almaniya, Niderland və Lüksemburqun reytinqi düşə bilər.