Bağdadda törədilmiş hücumlarda azı 90 adam ölüb

Bu gün İraqda törədilmiş partlayış və hücumlarda azı 90 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Ölənlərin arasında təhlükəsizlik xidmətinin azı 10 əməkdaşı da var.

Təkcə Taci şəhərindəki hərbi bazaya edilmiş hücum nəticəsində 18 adam ölüb.

Həmçinin Bağdad, Kərkük və ölkənin digər yerlərində partlayışlar törədilib.