İraqdakı silsilə partlayışlarda azı 24 adam ölüb

Bu gün İraqda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 24-ə çatıb. Bu haqda polis və tibb işçiləri məlumat verib.

Taci şəhəri yaxınlığındakı hərbi baza iki dəfə yaraqlıların hücumuma məruz qalıb. Atışma zamanı 14 adam öldürülüb.

Bundan başqa Bağdadda və ölkənin şimal şəhərlərində də partlayışlar və ölənlər olub.