Pakistanda törədilmiş partlayışda azı 9 adam ölüb

Pakistanın şimal-qərbində törədilmiş partlayışda azı 9 adam ölüb, 20 nəfərsə yaralanıb.

İntiharçı özünü yerli komandirə məxsus düşərgənin ətrafında partladıb.

Hadisə Orokzay rayonunda, nüfuzlu yerli lider Maulana Nabinin yaşadığı kənddə baş verib.

O Talibanla əlbir olan digər komandir Maulana Tufanla düşməndir.