Putin qeyri-kommersiya şirkətləri haqqında qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin qeyri-kommersiya şirkətləri ilə bağlı yeni qanun imzalayıb.

Bundan əvvəl parlamentin də qəbul etdiyi qanuna görə, xaricdən maliyyələşdirilən və siyasətlə məşğul olan təşkilat xarici agent hesab olunacaq.

Bu cür təşkilatlar xüsusi hesabat verməli olacaqlar.