Kinoteatrın atəşə tutulması nəticəsində 14 nəfər ölüb

ABŞ-da Kolorado ştatının Denver şəhərində naməlum şəxs kinoteatra daxil olaraq atəş açıb. 14 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisənin motivi hələlik məlum deyil.

Şahidlər bildirir ki, hücum edən əvvəlcə əleyhqaz taxıb kinoteatra gözyaşardıcı qaz buraxıb. Sonra isə adamlara atəş açıb.

Polis bildirir ki, hücum edən bir nəfər olub. Həmin şəxs həbs edilib.