Qırğızıstanda narkotiklərə nəzarət idarəsinin rəhbəri işdən azad edilib

Qırğızıstanda narkotiklərə dövlət nəzarət xidmətinin rəhbəri Vitali Orozailyev və onun 2 müavini işdən azad ediliblər.

Baş nazir Omurbek Babanov təhlükəsizlik şurasının göstərişi ilə müvafiq fərman imzalayıb.

Qırğızıstan Əfqanıstandan Rusiya, ordan isə Avropaya narkotiklərin daşınmasında əsas marşurutlardan biridir.