Suriya müxalifəti qiyamın dönüş nöqtəsinə çatdığını deyir

Suriya muxalifətinin lideri Abdelbasset Sida

Dəməşqdəki partlayış hökumətə qarşı qiyamın dönüş nöqtəsidir.

Bunu Suriya müxalifətinin yaratdığı milli şuranın rəhbəri Abdelbassek Sida Qətərdə çıxış edərkən deyib.

Çərşənbə günü Dəməşqdə törədilmiş partlayışda müdafiə naziri Daoud Rajha, onun müavini və prezident Bashar Assadın yeznəsi Assef Shawkat və fövqəladə hallar idarəsinin rəhbəri Hassan Turkomani ölüb,daxili işlər və milli təhlükəsizlik nazirləri isə yaralanıblar.
Hücuma görə cavabdehliyi üsyançılar üzərinə götürüb.

Birləşmiş Ştatlar bəyan edib ki, bu hücum prezident Bashar Assad rejiminin nəzarəti itirməsindən xəbər verir.

Böyük Britaniyanın baş naziri David Cameron isə bir daha Bashar Assadı istefa verməyə çağırıb.

BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı yeni qətnamə layihəsinin müzakirəsi gözlənilir.

Rusiya ilə Çinin Suriyaya qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan sənədə veto qoyacaqları gözlənilir.