Britaniyalı gənclər terrorçuluqda ittiham olunur


Londonda üç britaniyalı müsəlman qardaş terrorçuluqda ittiham olunub. 20-30 yaş arasında olan qardaşlar 2010-2012-ci illərdə Pakistana gedibmişlər.

İstintaq bildirir ki, onlar başqalarına da terrorçularla əlaqədə olmağa kömək edirmişlər. Qardaşlardan başqa 22 yaşlı qıza da ittiham irəli sürülüb.

Gənclərin dördü də iyulun əvvəlində həbs olunub.