Avropa Birliyi Qarabağdakı seçkiyə münasibət bildirib

Avropa Birliyinin xarici işlər naziri Catherine Ashton Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindəki «prezident seçkisinə» münasibət bildirib. O bəyan edib ki, Avropa Birliyi seçkilərin keçiriləcəyi konstitusion və hüquqi çərçivələri tanımır.

AzərTAc xəbər verir ki, bəyanatda Catherine Ashton ATƏT-in Minsk qrupunun və həmsədrlərin münaqişənin dinc yolla həll olunması üçün göstərdikləri səyləri dəstəklədiyini bildirib: «Mən tərəfləri münaqişənin danışıqlar yolu ilə Madrid prinsipləri əsasında həlli yolunun tapılması üzrə səylərini fəallaşdırmağa çağırıram. Avropa İttifaqının bu istiqamətdəki səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm».

Dağlıq Qarabağda prezident seçkisi iyulun 19-da keçirilir.