Azərbaycan Premyer-liqası gücünə görə dünyada 111-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın milli çempionatlarının növbəti reytinq cədvəlini açıqlayıb.

122 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 81.5 xalla 111-ci pillədədir. 

Türkiyə 16-cı, İran 18-ci, Rusiya 53-cü, Gürcüstan 66-cı, Ermənistan 79-cu pillədədir.

İlk üçlükdə İspaniya, Argentina və Braziliya çempionatlarıdır.