Çində oxuyan tələbələrin sayı artırılacaq

Arxiv foto

40-dək azərbaycanlı gənc Çin Xalq Respublikasının ali məktəblərində təhsil alır. Bu haqda AzərTAc-a təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, bu ölkədə təhsil alan azərbaycanlı gənclərin sayının gələcəkdə artırılması nəzərdə tutulur.

Çin universitetlərinin bakalavr pilləsini bitirmiş azərbaycanlı gənclərin əksəriyyəti təhsillərini magistratura və doktoranturada davam etdirirlər.