BQXK-nin Yəməndə oğurlanmış əməkdaşı azad edilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəməndə oğurlanmış əməkdaşı şənbə günü azad edilib.

Benjamin Malbrank bu ilin aprelində oğurlanmışdı.

O özünü yaxşı hiss edir, sağlamdır.

O artıq paytaxt Sanadan Fransaya uçub.

Təşkilatın sözlərinə görə, onu əl Qaidə ilə əlbir olan terrorçu Ansar aş Şaria qrupunun üzvləri verib.

Amma onun məhz kimlər tərəfindən oğurlandığı bəlli deyil.