Didier Drogba Çin klubuna keçib

Fil Dişi Sahilindən olan məşhur futbolçu, Çelsinin hücumçusu Didier Drogba Çin klubuna keçib.

Şanxay hava limanında onu yüzlərlə azarkeş qarşılayıb.

34 yaşlı Drigba Çinin “Shanghai Shenhua” klubu ilı müqavilə imzalayıb.

Müqaviləyə əsasən o həftəyə 300 mindən artıq ABŞ dolları alacaq.

Bu ilin yanvarında fransalı futbolçu Nicolas Anelka da bu kluba keçib.