III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
İyulun 14-də Azərbaycanda ali və orta ixtisas məktəblərinə III qrup üzrə qəbul imtahanları keçirilib.

İmtahanlar respublikanın 6 şəhərində - Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Şəkidə və Lənkəranda təşkil olunub.

Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Onlardan 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir.

III qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər iyulun 18-dən 24-dək əlavə qabiliyyət imtahanı da verməlidirlər.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

38 NƏFƏRƏ TİBBİ YARDIM GÖSTƏRİLİB

Bakıda qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 38 nəfər təcili tibbi yardıma müraciət edib.

Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Zemfira Vahabova bildirib.

Təcili yardıma müraciət edən 38 nəfərdən 25-i abituriyent, 12-ci valideyn, 1-i isə imtahan məsləhətçisi olub. Onlardan xəstəxanaya yerləşdirilən olmayıb.