Mahmud Abbas Yasir Arafataın cəsədindən nümunələr götürməyə icazə verib

Fələstin lideri Mahmud Abbas İsveçrə ekspertlərinə Yasir Arafatın cəsədindən nümunələr götürməyə icazə verib.

Əl Jazera televiziyası məlumat yaymışdı ki, İsveçrə ekspertləri keçmiş Fələstin lideri Yasir Arafatın paltarlarında radioaktiv polonium tapıblar.

İndi Mahmud Abbas nümunələri birbaşa Arafatın cəsədindən götürməyə icazə verib.
Kremlin qatı tənqidçisi Litvinenko da 2006-cı ildə Londonda poloniumla şüalanmadan öldü.