Liviyada səslərin sayılmasına başlanılıb

Liviyalı qadın seçici

Bazar günü Liviyada 50 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilib. Bu, Muammar Qaddafinin devrilməsindən sonra ilk seçkidir. Artıq səslərin sayılmasına başlanılıb. Seçkinin nəticələrinin bir neçə gündən sonra elan olunacağını bildiriblər.

Seçkidə seçicilərin 60 faizinin iştirak etdiyi bildirilir. İrəlidə olan partiyalardan biri, üzvləri əsasən “Müsəlman Qardaşları”nın olduğu Ədalət və İnkişaf Partiyasıdır.

Yeni millət vəkilləri 14 ay müddətində parlamenti formalaşdıracaq və parlament sədrini müəyyənləşdirəcək.