İraqda törədilmiş partlayışda azı 7 nəfər ölüb

İraqda törədilmiş partlayışda azı 7 nəfər ölüb, 22 adam isə yaralanıb.

Ölənlərin əksəriyyəti qadındır.

Yerli polisin məlumatına görə, cümə günü Ramadi şəhərində minalanmış maşın partladılıb.

Bu şəhər paytaxt Bağdadın 100 kilometrliyində yerləşir.