Krasnodarda daşqından azı 105 nəfər həlak olub

Krasnodar regionun Gelendzhik qəsəbəsimdə seldən ziyan çəkən sakinlər, 7 iyul 2012

Rusiyanın Krasnodar diyarında daşqından ölənlərin sayı 105 nəfəri keçir. Bölgədən yeni gələn məlumatlar ölənlərin sayının daha da çox olduğunu göstərir. Rəsmilər sel qurbanlarını tapmaq üçün 1000 nəfərdən çox xilasedici cəlb olunduğunu bildirirlər.

Regional Daxili İşlər İdarəsinin məlumatına görə, ötən gecədən başlayan güclü yağış və seldən təkcə Krım rayonunda 56 adam ölüb.

Minlərlə evi su basıb, yollar dağılıb, əlaqə kəsilib.

Təbii fəlakət zonalarına xilasedici qruplar göndərilib, fövqəladə vəziyyət rejimi elan edilib. Rusiya rəsmiləri təbii fəlakətdən ümumilikdə 13 000 nəfəriun ziyan çəkdiyini bildirir.