Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılmasına göstəriş verilib.