Rusiya Suriyaya qarşı gücdən istifadəyə imkan verməyəcək

Rusiya bildirib ki, Suriyaya qarşı gücdən istifadəyə imkan verməyəcək.

Rusiyanin Xarici İşlər naziri Lavrov bunu BMT-nin Təhlükəsizlik Şurasında hazırlanan və Suriyaya qarşı güc tətbiqi nəzərdə tutan qətnamə layihəsi haqda deyib.

Suriyada sülhməramlıların yerləşdirilməsi ssenarisinə gəlincə, Lavrov deyib ki, bu, yalnız Suriyanın razılığı ilə ola bilər.