Polis terrorçuluqda şübhəli bilinən 6 nəfəri həbs edib

London polisi terror hücumunun hazırlanması və həyata keçirilməsində şübhəli bilinən 5 kişi və 1 qadını saxlayıb.

Amma onların milliyyəti haqda məlumat verməyib.

Polis bildirir ki, həbslər iyulun 27-də başlanan London olimpiadası ilə bağlı deyil.

Qadının 30 yaşı var. Qalan şəxslər isə 18-29 yaş arası gənclərdir.

Onlardan biri müqavimət göstərdiyi üçün həbs zamanı Taser silahı ilə müvəqqəti zərərsizləşdirilib. Amma hospitala aparılmasına ehtiyac duyulmayıb.

Polis Londondakı bir neçə evdə axtarış aparmaqdadır.