Ukraynada rus dilinə xüsusi status verildi, müxalifət aclıq aksiyasına başladı
Sizin brauzer HTML5-i dəstəkləmir
İyulun 3-də Ukrayna parlamenti dillər haqqında qanun layihəsini qəbul edib. Prezident Viktor Yanukovich onu imzalayarsa, rus dilinə əhalinin ən azı 10 faizinin danışdığı bölgələrdə regional dil statusu veriləcək. Bu, Ukraynanın 27 inzibati-ərazi vahidindən 13-də rus dilinə regional dil statusu verilməsi deməkdir.
Buna etiraz edən müxalifət fəalları Kiyevdə parlamentin binası qarşısında aclıq aksiyasına başlayıblar.