Magistraturalara boş qalan yerlər doldurulacaq

Azərbaycanda magistraturalara boş qalan yerlərə əlavə qəbul aparılacaq.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə bu barədə elan veriləcək.

Bu il magistraturalara qəbul planı 6107 yer ayrılsa da 5020 nəfər qəbul olunub.

M. Abbaszadə deyib ki, boş qalan yerlər əsasən özəl ali məktəblərə aiddir.

Dövlət ali təhsil müəssisələrində isə yerlər əsasən dolub.