Myanmada 46 məhbus azad ediləcək


Myanmanın dövlət agentlikləri yazır ki, “milli barışığa” nail olmaq üçün 46 məhbus azadlığa buraxılacaq.

Məlumata görə, bu gündən 37 kişi, 9 qadının buraxılmasına başlanılacaq, lakin onlar arasında siyasi məhbusların olub-olmaması aydın deyil.

Human Rights Watch’a görə, ötən il ərzində azı 659 siyasi məhbus azad edilib. Lakin hüquq müdafiəçiləri deyirlər ki, həbsxanalarda hələ də 200-dən 600-dək siyasi baxışlarına görə saxlananlar var.

Müxalifət lideri Aung San Suu Kyi’nin hay-küylü Avropa səfərinin ardınca baş nazir məhbus dissidentlərlə bağlı əfv fərmanı imzalayıb.