II Dünya müharibəsi iştirakçılarına prezident təqaüdü veriləcək

Foto arxiv

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının yaydığı məlumata görə, 1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 55 manat məbləğində ilə prezident təqaüdü təsis edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.