Avrozonada işsizliyin səviyyəsi 11 faiz artıb

Bu ilin mayında 17 Avrozona ölkəsində işsizliyin səviyyəsi ilk dəfə olaraq 11 faizi ötüb.

Avropa Birliyi statistika idarəsinin məlumatına görə ən pis vəziyyət İspaniyadadır-24,6 faiz.

Ümumilikdə bu ilin mayında avrozonada 17 milyon 600 min işsiz olub ki, bu ötən ilin eyni vaxtı ilə müqaisədə 1 milyon 800 min nəfər çoxdur.