Qaçırılan əcnəbilər azad olunub

Somali hakimiyyəti bildirib ki, Norveç humanitar missiyasının 4 əməkdaşı azad olunub.

Onlar keçən cümə Keniyanın şimalında qaçqınların düşərgəsindən qaçırılmışdılar. Norveç, Filippin, Kanada və Pakistan vətəndaşları olan əcnəbilər sağ-salamatdır.