İrandan neft idxalına qoyulmuş embarqo qüvvəyə minir

Avropa Birliyinin bayrağı

İyulun 1-dən Avropa Birliyi ölkələrinin İrandan neft idxalına qoyduqları embarqo qüvvəyə minir.

Mütəxəssislərin hesablamasına görə, bu İranın yanacaq satışından əldə etdiyi gəliri 2 dəfə azalda bilər.

İran mərkəzi bankının rəhbəri isə bunu kompensasiya etmək üçün ölkənin lazımi qədər valyuta ehtiyatı olduğunu bəyan edib.

Avropa Birliyinin bu addımı İranın nüvə proqramına görə bu ölkəyə qarşı tətbiq edilmiş ən kəskin sanksiya hesab olunur.

Bu sanksiyada İrandan neft və neft məhsulları alınmasının qadağan edilməsi, habelə bu yükləri daşıyan gəmiləri sığortalamamaq nəzərdə tutulur.

Beynəlxalq enerji agentliyinin məlumatına görə, artıq bu il İranda neft ixracı 40 faiz azalıb.