Əfqanıstanda 5 dinc sakin ölüb, 11-i yaralanıb

Əfqanıstanın şərqindəki Qəzni şəhərinin ətrafında baş vermiş partlayışda 5 dinc sakin ölüb, 11-i isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görtə, Kabuldan Qəndəhara gedən sərnişin avtobusu yolda minaya düşüb.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Polis hesab edir ki, bunu Taliban törədib.