Həftənin fotoları: 23-29 iyun

Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edən Ukrayna şəhərlərindən birində - Donetskdə isti yay günündə şəhər fontanında sərinləməyə çalışan qız. (Reuters/Yves Herman)

ABŞ-da Kolorado ştatında hərbi hava qüvvələrinin bazası yaxınlığında meşə yanğını. (Reuters/U.S. Air Force/Carol Lawrence)

Əfqanıstanın Kunar əyalətində ABŞ hərbçiləri 155 mm-lik topdan yaraqlıların mövqelərinə atəş açırlar.  (Reuters/Lucas Jackson)

Pekində çətir altında telefonla danışmağa çalışan sakin. 

Helsinkidə 2012-ci ilin Avropa Çempionatında Almaniya atleti Sosthene Taroum Moguenara qadınlar arasında uzağa tullanma yarışında.

Çin kosmonavtları Jing Haipeng (ortada), Liu Wang (solda) və Liu Yang bir neçə həftəlik araşdırmalardan sonra  təzəcə yerə eniblər. (Reuters/Xinhua/Wang Jianmin)

Pakistanın Kəraçi şəhərində rəsmilər ölkəyə gizli yolla keçirilmiş və tutulmuş spirtli içki şüşələrini məhv edirlər. (AFP/Asif Hassan)