"Adam döymə" cinayət məcəlləsindən çıxarıldı

Milli Məclis iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib.

Qəbul edilən sənədə əsasən Cinayət Məcəlləsindəki “Döymə” maddəsi (132-ci maddə) Məcəllədən ,ıxarılıb və Inzibati Xətalar Məcəlləsinə əlavə edilib.

Bundan basqa qəbul edilən əlavə və dəyisikliyə görə, Cinayət Məcəlləsindəki «Isgəncə vermə» maddəsinin adı (133-cu maddə ) «Əzab vermə» maddəsi adlandırılıb.
Layihəni parlamentdə təqdim edən MM-in Huquq siyasəti və dövlət quruculugu komitəsinin sədri Əli Huseynli deyib ki, onlar beynəlxalq yanaşmanı əsas göturərək belə bir sənəd hazırlayıblar.

Həmin dəyişikliyə görə, adam döymüş şəxs cərimə ödəyəcək.