Moskva Ukrayna ilə qaz razılaşmasına yenidən baxılmasını istəmir

Moskva Ukrayna ilə mövcud qaz razılaşmasının qalmasını təkid edir.

Bunu Qazprom şirkətinin rəhbəri Aleksey Müller bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi dəfələrlə razılaşmaya yenidən baxılmasına çağırsa da
Moskvanın bu məsələdə mövqei dəyişməzdir.

Kiyev Rusiyadan alınan qazın qiymətinə yenidən baxılması, mövcud tarifin ucuzlaşdırılmasına çalışır.