Merkel avroistiqrazlara yox deyir

Almaniyanın kansleri Angela Merkel Avropa Birliyinin sammiti ərəfəsində vahid avroistiqrazların buraxılması ideasını rədd edib.

O bundestaqda çıxış edərkən vahid istiqrazların dövriyyəyə buraxılmasını iqtisadi səhv və səmərəsiz tədbir adlandırıb.

O bundan əvvəl bir qrup deputata bildirib ki, nəqədər ki sağdır bu baş tutmayacaq.
İtaliya, İspaniya və Fransa avrozonada vahid istiqrazlar buraxılmasının tərəfdarıdırlar.