ABŞ-da Rusiya rəsmilərinə qarşı qanun qəbul olunub

Sergei Magnitsky

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi yekdilliklə «Magnitsky» qanun layihəsini qəbul edib.

Qanun layihəsi 2009-cu ildə vəkil Sergei Magnitsky'nin həbsxanada ölümüylə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsini qadağan edir və onların ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur.

Qanun layihəsi Konqresin hər iki palatası və ABŞ prezidentinin təsdiqindən sonra qüvvəyə minəcək.