Azərbaycan Ordusunun zabiti ölüb

Azərbaycan Ordusunun zabiti vəfat edib. Ans Press-in məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb.

Belə ki, hospitala yerləşdirilən, mayor 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Seyfəddin oğlu ölüb. Zərdab rayonundan xidmətə çağırılan hərbçinin ürək və ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.