AŞPA həmməruzəçiləri əfv fərmanını alqışlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech ötən ilin 2 aprel aksiyasında saxlanan 9 məhbusun azad olunmasını təqdirəlayiq addım sayır.

Həmməruzəçilər bu qərarı onların Azərbaycana səfərləri zamanı səslənən müraciətlərinə cavab kimi qiymətləndiriblər.

Onların yaydığı bəyanatda o da vurğulanır ki, həbsdə qalan 2 nəfər də təcili azad olunmalıdır.

Bəyanatda AŞPA həmməruzəçiləri Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin tətbiq edildiyi bəzi hallardan narahatlıqlarını bildiriblər. Onlar deyirlər ki, həmməruzəçilərə edilən bəzi şikayətlərlə əlaqədar yerli hakimiyyətə siyahı təqdim ediblər. Həmməruzəçilər bu şikayətlərlə bağlı istintaqdan təfsilatlı məlumat istəyirlər.