Əfqanıstanda daha 4 NATO əsgəri ölüb

Komandanlığın məlumatına görə onlardan 1-i talibançılarla döyüşdə, 1-i yolda baş vermiş partlayışda, 2-si isə yol qəzasında ölüblər.

Yol qəzasında həmçinin 2 əfqan ölüb.

Yanacaq aparan maşın Qəndəharda hərbi avtomobillə toqquşub.

Bundan başqa NATO vertolyotu şənbə günü məcburi eniş etməli olib.

Bunun səbəbi və itki barədə hələlik məlumat verilmir.